İnfluenser Roza Qafarovanın (hisrosie) instaqramı 3-cü dəfədir blok olunub.
OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Video paylaşan bloger polisə müraciət edib:
“Məni üçüncü dəfə blokladılar və bunun üçün görünən bir səbəb yoxdur. Əminəm ki, bu işin arxasında məqsədli şəkildə çalışan pis niyyətli bir adam var. Bu adam tanınmış blogerlərin səhifələrini bloklayaraq onları çətinliyə salaraq qazanc əldə etməyə çalışır. Mənim səhifəmdə illərin zəhməti var və hər blok təkcə maddi deyil, eyni zamanda emosional zərbə vurur. Mən hüquq-mühafizə orqanlarına müraciət edərək mənə bu cinayətkarı tapmağa kömək etmələrini xahiş edirəm, çünki bu şəxs insanların həyatını və zəhmətimizin bəhrəsini məhv edir”.