Aktyor Elşən Orucov fobiyasından danışıb.
OLAY yazır ki, sənətçi “Günə bax” verilişində açıqlama verib. O bildirib ki, hündürlükdən qorxur:
““Ford boyard” yarışmasına gedəndə əvvəlcədən soruşurlar ki, nədən qorxursunuz, xəstəliyiniz, fobiyanız var? Mən yazdım ki, heç nədən qorxmuram. Məni elə mənasız oyunlara saldılar ki, Kitab oyunlarına, intellekt oyunlarında yarışdırdılar. Orada kəşf etdim ki, hündürlük qorxum var imiş”.