Xalq artisti Tünzalə Ağayeva bu dəfə Xətai rayon Heydər Əliyev parkında baş tutan festivalda çıxış edib.
OLAY yazır ki, “Məktəbim” layihəsinin səfiri olan pop ulduz “Kiçik addımlarla böyük uğurlar” festivalında iştirak edib.
Bir saat boyunca səhnədə olan müğənni hitlərini səsləndirib. Estrada ulduzu ara-sıra pərəstişkarları ilə səhnədən həmsöhbət olub və onlarla fotolar çəkdirib.
Müğənninin budəfəki geyimi stilist Şamxal Ramazanlıya məxsusdur.