“Moouradi” adı ilə sosial şəbəkədə məşhurlaşan influenser və iş xanımı Nigar Muradovaya qarşı dələduzluq edilib.
OLAY yazır ki, bununla bağlı Nigar instaqram səhifəsində paylaşdığı videoaçıqlamada məlumat verib. O iddia edib ki, Amil Hacıyev adlı təşkilatçı 19 min manat mənimsəyib:
“Son zamanlar Bakıda bir trend yaranıb: hamı hamıya pul atır. Təəssüflər olsun. Bunu da əsasən oğlanlar edir. Mənim “event” şirkətim var. Bir il bundan əvvəl bir konsert təşkil etmişdik. Biz Paster adlı bir repçinin “Jolly Joker”də konsertini keçirmişdik. Danışıqlarımız oldu və bu danışıqlarda bütün ödənişlərin “iticket.az”dan onların meneceri Amilin hesabına keçəcəyini razılaşdırdıq. Həmin pulları bu Amil mənimsəyib və bir ildir ki, bizə qaytarmır. Bununla bağlı bütün dövlət orqanlarına müraciət etmişik. Məbləğ 19 min manatdır. Məsələ ilə bağlı prokurorluğa da müraciət etmişik. Bu şəxs hələ də konsertlər təşkil etməyə davam edir. Amilin konsert şirkəti də öz fəaliyyətini davam etdirir. O konsert etməklə pul da qazanır, amma bizim pulumuzu fırıldaqçı kimi mənimsəyib və geri qaytarmır. Bu artıq mənim üçün pul deyil, prinsip söhbətidir. O məni və mənim yaxınlarımı bir ildən artıqdır ki, gic yerinə qoyub. İstəyirəm ki, həmin Amil adlı bu şəxsi hamı tanısın və bundan sonra onunla heç bir özünə hörmət edən insan iş görməsin. Çünki bu şəxs dələduzluqla məşğuldur. Buradan xahiş edirəm ki, müvafiq orqanlar mənimlə əlaqə saxlasınlar və bu işin həllində mənə yardımçı olsunlar. O şəxs mənə 100-200 manat yox, 19 min manat pul atıb. Hər zaman doğrunun tərəfində olmuşam. Bununla bağlı artıq bilmirəm kimə müraciət edim”.