“Hemistyle” adı ilə sosial şəbəkədə məşhurlaşan bloger Həmidə Səlimovanın səhhətində ciddi problemlər yaranıb.
OLAY yazır ki, bu haqda influenser instaqram səhifəsində məlumat yayıb.
Həmidə sağlamlıq vəziyyətinin pisləşməsinin son günlər keçirdiyi stresslə əlaqələndirib:
“Şiddətli sancılar, həzm problemləri və turşuluq. Ən son bir il əvvəl bu şikayətlər ilə gəlmişdim mədə ilə bağlı yoxlanışa. Bu gün isə yenidən anestiziya ilə endoskopik müayinədən keçdim. Azacıq belə stress məndə anında mədədə özünü birüzə verir. Həyatımda da stressin çox olduğu üçün sanki ömrüboyu bununla yaşayacağam. Gözləyək görək cavablar necə çıxacaq”.
H.Səlimova haqqında xoşagəlməz və şişirdilmiş şaiyələr yayanlara xəbərdarlıq göndərib:
“Mədə ağrısının psixoloji səbəbi həzm etmədiyimiz mövzulardır. Mən də bundan həmişə əziyyət çəkmişəm. Etdikləri nə qədər ağır olsa da, həyatım boyu mənə mənfi təsir edən insanlardan sakitcə uzaq durmağı seçmişəm. Hər zaman söz-söhbətdən, atmacalardan uzaq olmuşam. Haqsızlığa uğradığımı bilə-bilə qarşımdakının vicdanına buraxıb yenə susmağı seçmişəm. Mən susduqca da özlərini haqlı hesab edib ağızlarını Allah yoluna qoyublar. O səbəbdən yox ki, mənim danışmağa sözüm yoxdur. Səbəbi odur ki, mən danışsam, siz bir ömür biabır olub susacaqsınız. Mən də özümə onu yaraşdırmıram ki, çirkinliklərin içində olum. Amma hiss edirəm ki, səbr kasam artıq daşır. Heç vaxt bu mövzuları danışmayan bir insanın bunu necə bildirəcəyini təxmin belə edə bilməzsiniz. Bir onu bilin ki, bu 3-5 ağıllı cümlə ilə üstüörtülü olmayacaq”.