WOW
WOW

“60 sotluq torpağımı evlə dəyişdim” - Könül

“60 sotluq torpağımı evlə dəyişdim” - Könül

“İstəyirəm ki, böyük bağ, baxçam olsun. O bağda gəzim. Böyük ev istəmirəm. Ancaq bağ istəyirəm. Novxanında bağım var idi amma müəyyən səbəblərə görə oranı satdım. Hardasa 50-60 sot idi. Boş torpaq sahəsi idi. Dedilər ki, sən o boyda yeri başa çatdıra bilmərsən. Mən onu evlə dəyişdim. Bina evi aldım. Amma çox peşmanam. Həmin evin sahəsi böyükdür. İndi onu yenə də dəyişəcəyəm”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu “Həmin Zaur” verilişində deyib. 

Sənətçi böyük sahəsi olan baxça almaq niyyətində olduğunu söyləyib:

“Çox evlərimin olmasının həvəsindəyəm. Ümumiyyətlə ev sevən insanam. Və çox qəribədir ki, tez-tez evləri dəyişməyi xoşlayıram. Əlacım olsa hər il bir ev alıb orada qalaram. İndi yaşadığım villanı dəyişmək istəmirəm. O mənim övladlarımın evidir. O mülk ruzulu, bərəkətlidir. Düşərli bir evdir. O villa varım, yoxumdur. Onu rahara dəyişirəm... Onu mən əzab, əziyyətlə almışam. İstəyirəm ki, qızımın və oğlumun evi olsun. Bu isə mənə bəsdir. Mən evsiz deyiləm. İstəyirəm ki, baxçam olsun və gün çıxanda oranı gəzim. Gözümdə canlandırıram ki, o bağlı, baxçalı yerdə nəvələrimlə o başa bu başa gəzəcəyəm”.