Müğənni Emil Bədəlovun avtomobilindən oğurluq edilib.
OLAY yazır ki, sənətçi xoşagəlməz hadisənin təfərrüatları ilə bağlı qonaq olduğu ”Xəzər axşamı” verilişində danışıb.
Bədəlov bir ay əvvəl baş verən olay zamanı bahalı telefon və nömrəsinin oğurlandığını açıqlayıb:
“Bağda olanda dənizə getmişdim. Çimərlikdə telefonu maşına qoydum. Dedim ki, 5 dəqiqəlik suya girim sonra gedərəm. Öz səhlənkarlığımdan oldu. Qayıdanda gördüm ki, nə saat var, nə də telefon. Nömrəsiz qalmışam. Mahnılarım da içində olub. Bununla bağlı polisə də müraciət etmişəm”.