WOW
WOW

Mehin “şəhid qızı açıq-saçıq geyinməz” fikirlərinə cavab verdi

Mehin “şəhid qızı açıq-saçıq geyinməz” fikirlərinə cavab verdi

Müğənni Mehin Hümbətova sosial şəbəkələrdə ona yazılan mənfi şərhlərə cavab verib.

OLAY yazır ki, sənətçi bununla bağlı video yayımlayıb:

“Bu yaxınlarda Elgiz Əkbərin verilişində qonaq oldum. Orada mənə atamla bağlı sual ünvanlandı, mən də cavab kimi, dedim ki, bəli, atam Birinci Qarabağ müharibəsində şəhid olub. Bütün bu cümlələri xoş emosiyalarla, gülümsəyərək dedim. Mən qürur hissi ilə gülümsəyirdim. Fəxr edirəm ki, atam və onun kimi oğulların sayəsində biz azad torpaqlarımızda gəzirik.

Daha sonra şərhlər yazılıb ki, atası haqda gülümsəyərək danışır. Biri yazır ki, geyiminə baxıb, bu cür ataya yaraşmadan geyinib-filan. Mən heç vaxt səhnəyə də, efirə də əndazəmi aşaraq çıxmamışam. Səhnə və efir nəyi tələb edirsə, ona uyğun geyinmişəm. Bu açıqlamanı da ona görə verirəm ki, artıq şərhlərə, lazımsız sözlərə ehtiyac yoxdur. Bu şərhləri mən də görürəm, oxuyuram. Hamımız eyni ölkənin vətəndaşlarıyıq, eyni qanı daşıyırıq. Gəlin, bir-birimizlə empatiya quraq və səhnə insanlarını digər insanlardan fərqləndirməyi bacaraq”.

Qeyd edək ki, M.Hümbətovanın atası, Polis baş leytenantı Hümbətov Məhəddin Mədət oğlu 1992-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.