WOW
WOW

“Duzsuz aktyorlar doludur”

“Duzsuz aktyorlar doludur”

“Var səmimi, var səmimi görünmək. Bir də var səmimiyyəti qızıl-qırmızı oynamaq. Oynamaq deyirəm sizə. Musiqili komediya susar, AzDrama dincələr. Hərdən düşünürəm, bunlar niyə ayrı peşə seçiblər axı. Gül kimi teatrlarımız var”.

OLAY yazır ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Televiziya ulduzu istedadı olmayan aktyorları “duzsuz” adlandıraraq, onların fəaliyyətlərini tənqid edib:

“İstedad qıtlığı var, bu saat duzsuz aktyorlar dolu. Bu kəslər öz yerlərində olsa idilər daha uğurlu olardılar məncə. Həm də səhnədə bilərdik roldadırlar, camaatı ağılsız yerinə qoymayıblar”.