Musiqi
Musiqi

“Azərbaycanı Avroviziyada Aygün təmsil etməlidir”

“Azərbaycanı Avroviziyada Aygün təmsil etməlidir”

Niderlandda yaşayan məşhur ispan dicey Cuan “RadiOcto”ya müsahibə verib.

OLAY yazır ki, hər il Avroviziya ilə bağlı partilərdə dicey olan Cuan maraqlı açıqlaması ilə diqqət çəkib. 

Belə ki, jurnalistin “Azərbaycanda elə bir müğənni tanıyırsınız ki, Avroviziyaya gəlməsini istərdiniz” sualına cavab kimi Cuan bunları söyləyib:

“Aygün Kazımova möhtəşəmdir. O, Azərbaycanı Avroviziyada təmsil etməlidir. Düşünürəm ki, Azərbaycan onda bir daha qalib olacaq”.