WOW
WOW

Kərimin toyda döyülməsinin təfərrüatları məlum oldu - Detallar

Kərimin toyda döyülməsinin təfərrüatları məlum oldu - Detallar

Müğənni Kərim Abasovun iştirak etdiyi məclislərin birində döyülməsi ilə bağlı hadisənin yeni təfərrüatı məlum olub. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

OLAY yazır ki, Yenisabah.az məsələnin detallarını öyrənə bilib. Belə ki, toyda iştirak edən qonaqlardan biri baş verən insidentin təfərrüatını danışıb.

Onun sözlərinə görə, Kərim Abasov toy boyu canlı oxusa da, məclisin sonuna yaxın sifariş olunan rusca mahnını fonoqram ifa edib:

“Sonradan mahnı sifarişi gəldi, rus mahnısı idi. O, sifariş edilən mahnını fonoqram oxuyurdu. Müğənnilər rus mahnılarını çox da yaxşı bilmirlər, amma ev yiyəsindən sifariş gəldikdə onu oxumağa məcburdurlar. Kərim sifarişi oxuduğu vaxtda məclisdə olan qonaqlardan biri səhnəyə yaxınlaşdı ki, mən də səninlə birgə ifa edəcəyəm. Mahnı fonoqram olduğu üçün istər-istəməz qonağa verilən mikrofonun səsi zəif çıxırdı. Bu zaman qonaq israr etdi ki, Kərim öz mikrofonunu ona versin. Qonaq inadla müğənnidən mikrofonunu istədi, ona oxumağa imkan vermədi. Kərim də əsəbiləşdi ki, bu, mənim şəxsi mikrofonumdur və onu heç kəsə vermirəm. İfa bitəndən sonra da qonaq Kərimdən əl çəkmədi, mübahisə yaratdı ki, "sən niyə fonoqram oxudun, mən canlı oxuyacaqdım, mənə imkan vermədin". Mübahisə belə başladı”.

Mənbə qeyd edib ki, mübahisə bununla da səngiməyib:

“Kərim toydan çıxıb Moskvaya başqa toya getməli idi. O, təyyarəyə çatmalı idi, buna görə saat 12-ə işləmiş istədi ki, toyu bitirsin, "Vağzalı" çaldırdı. Gəlinin anası, yaxınları gəlib etiraz etdilər ki, toy hələ davam edəcək. Ev yiyələri Kərimin toyu bitirməyinə icazə vermədilər. O da bir müddət gözlədi, amma saat 12-nin yarısı getməyə məcbur idi, yavaş-yavaş əşyalarını yığışdırmağa başladı. Məclis sahiblərinə də bildirdi ki, siz özünüz davam edin, mən təyyarəyə çatmalıyam. Kərim yığışıb getmək istəyəndə aşağıda ev yiyələri onu döydülər. Həmin gün təyyarəyə də çata bilmədi”.