AzTV-nin gah sənədli film, gah da serial kimi təqdim etdiyi “Azərbaycan Atabəyləri” layihəsində daha bir neçə simanın adı açıqlanıb.
OLAY yazır ki, Candar Çavlı obrazında İlqar Musayevin tamaşaçı qarşısında olacağı qeyd edilib.
Aktrisa Günay Əhmədin Laçını, aparıcı Jalə Həsənlinin Zibeydə Xatunu, Samir Qulamovun Gəncər rolunu oynayacağı bildirilib.
Əməkdar artist Salam İsmayılovun isə Şeyx İmad obrazı ilə ekran işində yer aldığı vurğulanıb.