WOW
WOW

“Həyatımda olduğuna görə təşəkkür edirəm”

“Həyatımda olduğuna görə təşəkkür edirəm”

Xalq artisti Yusif Eyvazov boşandığı həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko ilə bağlı paylaşım edib. 

OLAY yazır ki, keçmiş xanımı ilə qucaqlaşarkən çəkilən fotosunu instaqramda yayımlayan sənətçi onunla Linsdə bir səhnəni bölüşdüyünü yazıb.

Eyvazov Netrebkoya karyerasında uğurlar arzulayıb:

“Dünən Linsdə “Puccini Gala” adlı gözəl konsertimiz baş tutdu. Gecə emosiyalar və möhtəşəm musiqi ilə dolu oldu. Anna Netrebko, heyrətamiz istedadına, həyatımda olduğuna görə sənə təşəkkür etmək istəyirəm. Sənə görə şanslı ulduzlarıma hər zaman təşəkkür edəcəyəm. Çox yaşa... Sən musiqisən”.

Qeyd edək ki, Yusif və Anna iki ay əvvəl 10 illik evliliklərini sonlandırıb. Annanın ilk evliliyindən Tiyaqo adlı bir oğlu var.