WOW
WOW

Fevralın ən şanslı üç bürcü

Fevralın ən şanslı üç bürcü

Bütün çətinlikləri və qışın yorğunluğu ilə keçən yanvar ayından sonra bahara “gülümsəyən” fevralı qarşılayacağıq. Bu ayın bizə gətirdikləri, ya da apardıqları olacaq. Təbii ki, pis, ya da yaxşı günlərdən keçəcəyik.

Bəs fevralın ən şanslı bürcləri hansılardır?

Oğlaqlar!

Yaşadığınız bütün çətinliklərdən və məyusluqlardan sonra özünüzdən möhkəm yapışmağın vaxtıdır. Oğlaq bürcləri bu fevral ayında şansı özlərində saxlayacaqlar. Bəlkə də özünüzlə danışarkən dediyiniz bir söz, ya da dostunuzla söhbət edərkən qurduğunuz cümlə sizi işıqlandıra bilər. Ətrafınıza və özünüzə qarşı sakit, mülayim və motivasiyaedici bir yanaşma ilə fevral ayının dadını çıxardın.

Dolçalar!

Fevral ayı sizə yaxın keçmiş üçün güzgü olacaq. Öz gücünüzü dərk edəcək və bundan aldığınız mənəvi enerji ilə bütün planlarınızı həyata keçirəcəksiniz. Nə fikirləşirsiniz? Yeni bir eşq, iş? Axtardığınız nədirsə, qapının qarşısındadır. Yetər ki, qəfəsinizdən çıxmağı bacarın.

Balıqlar!

İndi hazırsınız! Nə üçün? Nəyə hazır olduğunu çox yaxşı bilirsən. Uzun illərdir bəhanə etdiyiniz, keçmişdən qalan, sizi ümidsizliyə aparan yüklər sizdən uzaqlaşır. Bağışlanmanın və qəbulun rahatlığını hiss edəcəyiniz bu ayda! Sadəcə olaraq, özünüzü axına buraxın. Unutmayın ki, yolu artıq bilirsiniz.