İllər əvvəl ABŞ-a köçən Azad Azərbaycan (ATV) kanalının keçmiş teleradioaparıcısı Günel Hümbətova dünya şöhrətli cütlük Cennifer Lopez və Ben Afflekin boşanması xəbərinə münasibət bildirib.

OLAY yazır ki, Günel məşhur “ər-arvadın” fotosunu instaqramda paylaşaraq Las Veqasda evlənən cütlüklərin taleyində ayrılıq işarəsinin olduğunu yazıb. 

“Las Veqasda evlənmək camaata düşmür. Nəzərə alın. Şəxsi təcrübəmdən deyirəm”, - deyə G.Hümbətova bildirib.

Qeyd edək ki, Hümbətova keçmiş əri Firuz Soliyevlə ötən il boşanıb. Cütlük 2015-ci ildə Las Veqasda ailə qurub. Onların Jozefina adlı bir qızı var.

“Las Veqasda evlənmək camaata düşmür” “Las Veqasda evlənmək camaata düşmür” “Las Veqasda evlənmək camaata düşmür” “Las Veqasda evlənmək camaata düşmür” “Las Veqasda evlənmək camaata düşmür”