Müğənni və bəstəkar Murad Arif ailəsi ilə birgə Şuşaya yollanıb.
OLAY yazır ki, bununla bağlı sənətçi sosial şəbəkə hesabında paylaşım edib.
Murad bu dəfə ki Şuşa səfərini bu sözlərlə ifadə edib:
“Anamı nəvələriylə əcdadlarımızın yurduna gətirdim... Yaşlı nəsil üçün doğma yerləri görmək bir həyəcan, balacaların yurdlarıyla tanış olmaları başqa həyəcan... Kimisi uşaqlıq, gəncliyindən bələddir, kimisi yalnız kitablardan, şəkillərdən... Nə yaxşı ki, qayıtdıq. Çox heyif şəhid oğullardan. İkili duyğular...”