WOW
WOW

“Kişilik diplomla ölçülmür”

“Kişilik diplomla ölçülmür”

“Mən heç vaxt anlamadım belə mühakimə etməyi və qəbul da etmirəm. Bizim dinimizdə  deyir ki, sənin atan kimdirsə, sən də o cür insansan? Bu nə deməkdi axı? Bir insan özünə görə şəxsiyyətdir. Məcburdu ərə getdimsə, onun atası-anası olmalıdır. Bəlkə uşaq evində böyüyüb?”.

OLAY yazır ki, bu sözləri müğənni Ayan Babakişiyeva hüquqşünas Tağı Hüseynovun “Boşanmış ailədən qız almaram” açıqlaması haqqında deyib. O fikirlərinə bunları da əlavə edib:

“İndi ata-ana onu atıbsa, bu da öz övladını atacaq? Bu nə cahillikdir? Kişilik diplomla ölçülmür. Burda bu ekspert deyir ki, kişilik, atası əgər anasına necədirsə, o da öz həyat yoldaşına qarşı elə olacaq. Bu, çox səhv məntiqdir. O zaman gərək hər kəs atası- anası olanla evlənsin? Nə bilirsiniz ailədə o ata-ana nə işlə məşğuldur. Bu savadsızlığı qoyub bir kənara insanları necə var, elə qəbul edib həyatınıza davam edin.

Ekpert, siz ölməmisiniz. Amma ailə quran övladınıza niyə qarışmalısınız? Bu nə məntiqdir? Kişilik məhfumu qadında da olur. Əsas insanlıqdır. Vicdanlı, mərhəmətli, heç kimin haqqına girməyən, özünü doğrultmuş bir insandırsa, bitdi. Məncə, bu qədər insanların həyatına maraq göstərməyin.

Dinimizdə bir insanın həyatı ilə oynamaq ən böyük günahdır. İmkan verin elə övladınız da öz həyatında kim olacaq özü qərar versin. Bu mentalitet yada bu psixologiyanı qoyun bir kənara. Övladı böyütmüsünüz deyə, onun hər şeyinə qarışa bilərəm deyə bir şey yoxdur”.