WOW
WOW

Damlanın İranda konsert verdiyi zalı bağladılar

Damlanın İranda konsert verdiyi zalı bağladılar

Müğənni Damlanın (Məsumə Məmmədova) Güney Azərbaycanın Ərdəbil şəhərində konsert verdiyi salon möhürlənib. 

OLAY yazır ki, bu barədə İran mediası məlumat yayıb. 

Bildirilib ki, Damlanın Ərdəbildəki şadlıq saraylarından birində məcburi hicab qaydalarına riayət etmədən mahnı ifa etdiyi görüntülər yayılıb. Bu da İranda müxtəlif siyasi dairələrin etirazına səbəb olub.

Ərdəbil prokurorluğu bunu “qanunsuz mərasim keçirmək və qaydaları pozmaq”la əlaqələndirib.