ATV-nin aparıcısının düşdüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
“Hadisə ötən gün saat 14:10-da Bakı-Şamaxı yolunun 11-ci kilometrliyində baş verib”.
OLAY yazır ki, bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev verib.
O qeyd edib ki, sürücü hərəkət zamanı sürət həddini doğru seçməyib və manevr qaydalarını pozub.
“Nəticədə avtomobil yolun əks istiqamətində olan yanacaqdoldurma məntəqəsinin qarşısındakı işıq dirəyinə çırpılıb. Qəzada sürücü xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, ilkin məlumatda hadisənin Bakının Səbail rayonu ərazisində baş verdiyi bildirilmişdi.