WOW
WOW

Coni Parisdə “Sarı gəlin”oxudu

Coni Parisdə “Sarı gəlin”oxudu

Rusiyada populyarlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynov) Müstəqillik günü ilə bağlı tədbirdə çıxış edib.

OLAY yazır ki, sənətçi Parisdəki səfirliyimizdə keçirilən yığıncaqda həmvətənlərimizlə görüşüb. 

Coni “Sarı gəlin” Xalq mahnısını səsləndirib. Bu anları instaqramda paylaşan sənətçi təəssüratlarını bölüşüb:

“Azərbaycanın Müstəqillik Günü şərəfinə keçirilən bayram tədbiri başa çatıb. Azərbaycanın Parisdəki səfirliyində bunu həmvətənlərimlə bölüşməkdən çox məmnun oldum. Yaşasın Azərbaycan!”.