Model Deniz Akkaya 16 yaşlı qızı Ayşe ilə problem yaşayıb.
OLAY yazır ki, sənətçi bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb. O bildirib ki, qızı ondan xəbərsiz telefon alaraq xaricə getmə planları qurub:
“Biz ailə binasında yaşadırıq. Birdən qışqırmağa başladı. Bu açıqlamanı verirəm. Çünki məşhuram, bu sistemə uyğun olmadığım üçün balaca bir şeyi şişirdəcək səhifələr var. Başıma gələni birinci mən paylaşmalıyam. Mənim qızım məni məşhurluğumdan vuraraq bir telefonu almağa çalışdı. Əvvəl də eyni şeyi yaşamışdıq. Üç həftə əvvəl bir dostunun kredit kartından istifadə edib. 16 min lirə ödədim. Bu gün mənə zəng edib ki, pulu yoxdur. Dəli oldum. Çünki iki-üç gün öncə pul vermişdim. O pul hara gedir? Evə gəldi, danışaq, dedim. Söylədim ki, bu yay kampa gedirsənmi? Çünki mən də istirahət etmək istəyirəm. Bir neçə layihəm var. Edə bilmirəm. Ancaq onun problemləri ilə məşğul oluram. Söhbət böyüdü. Telefonu aldım, yuxarı apardım. Dostu ilə Belçikaya getmək istəyirmiş, bilet aldırıb. Sonra biz köçürük deyə iptal etdirib.
Mənim qızım 1.75 boyundadır. Sol ayağıma yapışdı, qışqıraram, dedi. Eyvana çıxdım,qapını bağladı. Sonra arxasına stul qoydu, bağırdı. Deyirəm, qapını aç. Açmır. Yarım saat keçdi, mühafizəni çağırdım. Üç nəfər gəldi. Deyir ki, ya telefonu aşağı tullasın, ya da mənə versin. Qonşularımız, mühafizə xidməti yalvarır. Mən utandığımdan yerin dibinə girdim. Mənə səfeh-səfeh şərhlər yazmayın. Əsəbdən nə edəcəyimi bilmədim. 1 saat sorna vəkilimə zəng etdim, dedim, polis çağırın. Polisə qapını açmadı. Polis dedi ki, telefonu ananın əlindən alıb verəcəyəm. Qapını açdı, telefonu ala bilmədi. Bu zaman dedi ki, anam məni döydü. Telefonu almadı, bunu etdi. Mənim yetəri qədər acım var. Bu, qorxuncdur. Hər pisliyə bəhanə tapmayın. Bəlkə də ondakı pislik genetikdir. Amma mənə bunu heç kim edə bilməz”.