WOW
WOW

“İçimdə İlhamə Quliyevaya qarşı böyük nifrət yarandı”

“İçimdə İlhamə Quliyevaya qarşı böyük nifrət yarandı”

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı qalmaqallı açıqlama verib.

OLAY yazır ki, “Səni axtarıram” verilişində Quliyevanın itkin düşən övladlıq oğlu Orxan Nadirovdan danışılarkən aparıcı bunları söyləyib:

“İlhamə xanımla bağlı vaxtında cəsarət edib yanında söz deməyən insanlar var idi, sonradan haqqında danışırlar. Mən onlardan deyiləm. Oturub onun dalınca da danışmayacağam. Bu gün Lalə xanımı görəndən sonra ona qarşı içimdə böyük nifrət yarandı. Xüsusilə də 2003-cü ilin seçkiləri ərəfəsində mənim evimdə qalıb. O günlərdə İlhamə xanımın Orxana münasibətini də görmüşdüm. Mənim ona bacı kimi məsləhətim də olmuşdu.Bu gün bu məzlum qadını görəndən sonra o günə də nifrət etdim”.