İnfluenserlərimiz işğaldan azad olunan Laçın rayonuna yollanıb.
OLAY yazır ki, onlar Prezident Administrasiyasının təşkilatçılığı ilə bu səfərdə iştirak ediblər.
Həmin blogerlərin sırasında Saleh Nəsirov, Elmira Namazova (Elmira_tural), Həmidə Hacıyeva (Hemistyle), Həmayıl Ələsgərova (hllyblog), Lalə Əfəndi (eh_laleh) və Aytən Fərzəliyeva olub.
Onlar Laçında Prezidentin köməkçisi Hikmət Hacıyevlə bir araya gəlib. Hətta Elmira H. Hacıyevlə çəkdiyi videonu instaqram izləyiciləri ilə bölüşüb.