WOW
WOW

Samirənin əlini saldığı qutuya diri ilan qoydular

Samirənin əlini saldığı qutuya diri ilan qoydular

Avroviziya təmsilçimiz Samirə Əfəndi canlı efirdə qorxulu anlar yaşayıb.

OLAY yazır ki, “Rəngarəng səhər” verilişində sənətçi ilə oyun oynanılıb. Belə ki, Samirə gözübağlı şəkildə əli ilə qutuda nə olduğunu təxmin etməli olub.

Sonuncu qutuya isə diri ilan qoyulub. Bu zaman digər qonaq aktyor Elməddin Cəfərov “Samirə bəsdir, alqışlar” deyərək oyunu dayandırmaq istəyib. Lakin aparıcılar davam edtirib. 

Əfəndi bir neçə dəfə toxunduqdan sonra onun diri ilan olduğunu başa düşüb və qorxaraq gözünü açıb.