Müğənni Talıb Tale nişanlısı ilə görüntülənib.
OLAY yazır ki, sənətçi ailə quracağı xanımla İbrahim Tatlısesin konsertinə gedib. O, “Xəzər axşamı”nın suallarını cavablandıraraq bu sözləri deyib:
“Nəhayət, 43 yaşında evlənirəm. May ayının sonlarında toy olacaq. Dəvət edirəm, gələrsiniz, amma çəkməyin. Mediaya tam olaraq açıq deyil. Standart Azərbaycan toyu baş tutacaq”.