WOW
WOW

“Şirin” geri qayıdır

“Şirin” geri qayıdır

Aktyor Nicat Rəhimov məşhur “Şirin” obrazı ilə yenidən izləyici qarşısına çıxacaq.

OLAY yazır ki, o, bu dəfə sözügedən obrazın serialına çəkiləcək. Treyleri təqdim olunan layihə “Şirin” adlanır.

Rəhimov bu barədə sosial media hesabında paylaşım edib: “İllərdir sevilən və hamının darıxdığı “Şirin” geri qayıdır. Tam fərqli və rəngarəng formatda. Gözünüzü yeni “Şirin” serialından çəkə bilməyəcəksiniz”.

Qeyd edək ki, ekran işi Xəzər TV-də yayımlanacaq.

Onu da xatırladaq ki, sözügedən obraz ilk dəfə “Bozbash Pictures” layihəsində yaradılıb.