WOW
WOW

Elşən Türkiyədə “özünü yandırdı”

Elşən Türkiyədə “özünü yandırdı”

Aktyor Elşən Orucov Türkiyədə çəkildiyi “Ben bu cihana sığmazam” serialında yaşadığı maraqlı hadisədən danışıb.

OLAY yazır ki, o, bu barədə “Podkast kimi adam” layihəsində bəhs edib.

“Mən təzə gedəndə “özümü yandırmışdım”. Bizim bir filmdə etmək istədiklərimizin daha çoxunu onlar serialda edirlər. Bizdə 40-50 insan filmdə fəaliyyət göstərir. 40 gün çəkiliş edib, üç ay istirahət edirik ki, biz əziyyət çəkmişik. Bunlar onu hər həftə edirlər. İlk gün çəkilişə getdim. Rejissorla, aktyorlarla, oradakı işçilərlə münasibətim var idi. Sonrakı gün yenə çəkilişim var, mənə məkanı göndərdilər ki, gələrsən. Orada Türkiyənin bir bölgəsi var, hər gün film çəkirlər. Karavanların üstündə serialların adı yazılır. Getdim həmin məkana, baxıram ki, karavanlar dayanıb və mən heç kimi tanımıram. İşçilər, sürücülər, makiyaj ustası, heç kimi tanımıram. Yaxınlaşanda gördüm, maşının üstündə “Ben bu cihana sığmazam” yazılıb. Oktay abi (red. – Oktay Kaynarca) gəlirdi.

Yaxınlaşdım, dedim ki, düz gəlmişəm? Mən heç kimi tanımadım. Dedi, gəl, bu ikinci heyətdir. Orada bir az qaldım belə. Bunlar bir gün gecə 3-4-ə kimi işləyir, sonrakı gün başqa çəkiliş heyəti gəlir. Elə olur ki, onlar bir məkanda toqquşurlar. Bir az orada “özümü yandırdım”. Birinci dəfədir görürəm. Dedim, hə, ola bilər”, - deyə, Orucov söyləyib.

Qeyd edək ki, Elşən sözügedən serialın bir bölümündə rol alıb. Ekran işində baş rolları isə, Oktay Kaynarca, Ebru Özkan, Burak Çelik kimi simalar canlandırır.