WOW
WOW

“Anamın verdiyi böyrək də xarab oldu”

“Anamın verdiyi böyrək də xarab oldu”

Aktyor-aparıcı Azər Baxşəliyev xəstəliyindən danışıb.

OLAY yazır ki, o, “Qapqara” verilişində anasından ona köçürülən böyrəkdə problem yarandığını deyib.

“Üç-dörd il keçib. Anamın verdiyi böyrək də xarab oldu. Heç nədən anadan böyrək götürdüm. İnsandan asılı olmayan şeylər var. Mən deyim ki, nə isə başqa cür etsəydim olmazdı... Mən ona qismət kimi baxıram. Çox çətinliklər olur. Əsas odur, düzələn çətinliklərdir. Elə bir xəstəlik deyil ki, bunun çıxış yolu yoxdur. Çıxış yolu asan deyil, amma var. Ümidi üzmək, bədbin olmaz lazım deyil. İşıq yeri varsa, ondan istifadə etmək lazımdır. Gün ərzində xəstəliyim yadıma düşmür. Dərman atanda, dializ günlərində yadıma düşür”, - deyə, A. Baxşəliyev söyləyib.

O, yeni donor axtarışında olduğundan bəhs edib:

“Hazırda donor axtarışındayam. Donor tapılsa, üzümüzə gələn aylarda əməliyyata gedəcəm. Əvvəl belə bir qanun var idi ki, donorluq etmək istəyirsənsə, ancaq qohum olmalıdır. İndi elə bir şey yoxdur”.