Xalq artisti Firəngiz Mütəllimova ötən il vəfat edən qardaşı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, onunla şəkillərini paylaşan aktrisa bu sözləri yazıb:
“Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Canımın bir parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmət etsin, İlham. Ruhun şad olsun. Allah ailəni və əzizlərini qorusun”.