İnfluenser Həmidə Hacıyeva (hemistyle) növbəti paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, bloger instaqramın hekayə bölməsində paylaşım edərək bunları yazıb:
“Bu qədər möhkəm dayanmağımın pərdə arxası elə ağır bədəllərini ödəmişəm ki... Sanki 26 yaşımda 40 yaşlı insan ruhu daşıyıram. Həyatdan doymuş, hər şeyə “ola bilər” deyib, heç nəyə təəccüblənməyən. Son 4 il məndən çox şey aldı. Sanki Yeni bir Həmidə inşa edirəm. Bəzən günlərlə yataqdan çıxmadığım vaxtlar olur, qəbul edirəm. Bilirəm sağalır, səbir edirəm və onu hər yanı ilə sevirəm”.