WOW
WOW

Baskovun ad zarafatı HammAlini qəzəbləndirdi

Baskovun ad zarafatı HammAlini qəzəbləndirdi

Rusiyanın Xalq artisti, müğənni və teleaparıcı Nikolay Baskov “Rossiya 1” telekanalında yayımlanan “Duets” proqramında azərbaycanlı müğənnilər HammAli (Sadiq Əliyev) və Navai (Nəvai Bəkirov) haqqında zarafat edib.

OLAY yazır ki, Baskov qonağı olan Conini (Cahid Hüseynli) “Azərbaycan-Şərq mafiyasının” nümayəndəsi adlandırıb. 

Bunun ardınca, Xalq artisti Emin Ağalarov Rusiyada fəaliyyət göstərən müğənnilərimizin, o cümlədən HammAli və Navainin adını çəkib. 

Bu zaman Baskov “Bu məhsullardır? Yeni HammAli & Navai, təzə bişmiş. İstəyirsən al, istəyirsən get”, - deyə, bildirib.

Lakin bu zarafat HammAlinin xoşuna gəlməyib. O bildirib ki, qrupun adı ilə zarafat etmək 7 il əvvəl məqsədəuyğun olardı:

“Mənim yaradıcı cəmiyyətim var, orada insanları millətlərə ayırmıram. Mən onların milli xüsusiyyətlərini göstərmirəm. Bu zarafat etməyin ən asan yoludur. 7 ildir ki, adlarımızı təhrif edən zarafatlardan bezmişəm. Mən belə bir insandan bəzi məzəmmətlərdən, milli çalarlı zarafatlardan daha çox  dəstək eşitmək istərdim. Bu zarafatı eşitdim və məni incitdi”.