WOW
WOW

“Sosial şəbəkələr bağlanmalıdır”

“Sosial şəbəkələr bağlanmalıdır”

“Bu şəhərdə”nin ssenaristi, prodüser Müşfiq Abbasov sosial şəbəkələri tənqid edib.

OLAY yazır ki, bu barədə o, “Günə son” verilişində danışıb. Abbasov deyib ki, Azərbaycanda sosial şəbəkələr bağlanmalıdır:

“Sosial şəbəkələrdən xeyir tapan da var. Kimsə işini itiribsə, iş tapa, xəstədirsə, müalicə oluna bilər.  Hətta evlənən, xoşbəxt olan var. Bu sosial şəbəkənin uğurudur. Amma daha çoxu mənəviyyatsızlıq, əxlaqsızlıq və tərbiyəsizlikdir. Əfsuslar olsun ki, izləyən də, şərh yazanda belədir. O cümlədən yumor da bayağılaşır. Sosial şəbəkələrin bayağılığına rəqabətdə uduzuruq. Üstümüzə elə kütlə ilə gəlir ki, məğlub oluruq. Ya sosial şəbəkələr ümumiyyətlə bağlanmalıdır. Başa düşüləndir ki, mümkün deyil  Mən də bağlanmağının tərəfdarıyam. Çox istəyərdim ki, Azərbaycanda sosial şəbəkə bağlansın. Hansı formatda ola bilər. Heç olmasa bütün günü 90 faiz bağlansın. Hamısını demirəm. Əfsuslar olsun ki, bizdə birinci yerdə TikTok-dur. Feysbuk, Teleqram və Tvitter (X) intellektli insanların platformalarıdır. İntellekti olmayan insanlar Tiktok-dadılar. Mən öz fikrimi deyirəm, Orada ciddi olan insanın izləyici sayı 1000, ya da 3 mindir. Sizcə, Tiktok-da 100 min izləyicisi olanın səviyyəsi var? Məndən olsa bütün gün bağlansın, gecə 12-dən səhərə qədər işləsin. Onsuz da oradakıların çoxu həyat tərzi tüfeyli olanlardır, işləri gecədir. Gündüz balalarımız girib orada nəsə görməyəcək”.