WOW
WOW

“Çılpaq” gecənin keçirildiyi məkan yeni adla açıldı

“Çılpaq” gecənin keçirildiyi məkan yeni adla açıldı

Bloger Nastya İvleyevanın “çılpaq” gecəsinin keçirildiyi “Mutabor” klubu yeni adla açılıb.

OLAY yazır ki, bu barədə “Life Shot” yazıb.

Müəssisənin yeni adı “ARMA”dır. O, artıq “System 108” musiqi leyblinin doqquzuncu ildönümünə həsr olunmuş ilk gecəsini keçirib. Nəşrin məlumatına görə, tədbirdə minə yaxın insan iştirak edib və girişdə insanlar hərtərəfli yoxlanılıb və hər hansı qida, içki və narkotik həblər götürülüb.

Bildirilir ki, bəzi xanımların dodaq boyası və dodaq parıldadıcısı da alınıb. Bilet isə yalnız nağd pulla satılıb.

Nəşr aydınlaşdırıb ki, qalmaqallı məclisdən sonra məkan təmir edilib - çarpayılar çıxarılıb, divarlar rənglənib və tualetlər yenilənib.

Qeyd edək ki, İvleyevanın partisi 20 dekabr 2023-cü ildə baş tutmuşdu. Gecənin dress-kodu isə çılpaqlıq idi. Lakin doğum günü məclisi geniş rezonans doğurdu və iştirak edənlər tənqid olundu.

Daha sonra gecəyə təşrif buyuranlar xalqdan və dövlətdən üzr istədi.