WOW
WOW

Renka sevgilisindən danışdı

Renka sevgilisindən danışdı

Rəqqasə Rəna Ağamuradova (Renka) eşq yaşadığını açıqlayıb.

OLAY yazır ki, o, bir ildir münasibəti olduğunu deyib. Bu barədə Renka “Xəbərin var?” verilişində danışıb. 

“Həyatımda aşiq olduğum biri var. Görmürsən, işıq saçıram. Mən dolça bürcüyəm, ciddiyyət məni bir az qorxudur. Sevirəm və sadəcə yaşayıram. Artıq bir ilə yaxındır birlikdəyik. Mənə həyatı tamamilə başqa cür göstərən insandır. Özüm özümə belə başqa tərəfdən baxdım. Birinci adamdır ki, mənim xasiyyətimə dözür, mənim görmədiyim daha maraqlı həyatı göstərir mənə. Şan-şöhrət, pul demirəm. Tamamilə başqa həyat. Mən bu yaşıma kimi o həyatı yaşamamışam. O qədər maraqlı, o qədər dərin insandır ki, mən heç fikirləşməzdim ki, belə insan olar. Çox kaprizliyəm. Evdə də beziblər mənim əlimdən. Restoranda yeməyi belə düzgün gətirməyəndə oturub ağlayıram”, - deyə, o, söyləyib.