WOW
WOW

Röya Ayxan Akademik Musiqili Teatrda...

Röya Ayxan Akademik Musiqili Teatrda...

Xalq artisti Röya Ayxan Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olub.

OLAY yazır ki, estrada ulduzu Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevlə görüşüb.

R.Ayxan daha sonra “Qadınım” tamaşasını izləyib. Xalq artisti səhnəarxasına keçərək aktyor heyəti ilə görüşüb, onlara uğur diləyib.

Ə. Lalayev isə keçmişə qayıdaraq illər əvvəl Röya Ayxanı Teatra çalışmağa dəvət etdiyini bildirib. O, təklifinin hələ də qüvvədə olduğunu deyərək Xalq artistinə iş təklifi edib.