WOW
WOW

Konsert biletlərinin yarısı satıldı!

Konsert biletlərinin yarısı satıldı!

Reper Orxan Zeynallı Bakı İdman Sarayında baş tutması planlaşdırılan “Buz uşağı” konserti ilə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi bu barədə feysbukda yazıb. 

“Opera Balet teatrının kamera orkestrı ilə birgə verəcəyimiz konsertə 5 həftə qaldı. Ümumilikdə 25 mahnı fərqli aranjimanlarda, xüsusi qonaqlarla ifa olunacaq. Həmçinin, budəfəki səhnə tərtibatı, işıq və xüsusi effektlər də gözləntilərin üstündə olacaq! Konsert 1 gün olacaq və biletlərin 50 faizi artıq bitib. Bizə inanan, dəstək olan bütün dinləyicilərə təşəkkür edirəm”, - deyə, sənətçi bildirib.