Əməkdar artist Sabina Babayeva Avroviziya qalibimiz Nigar Camalla bağlı qalmaqallı açıqlama verib.
OLAY yazır ki, bu barədə sənətçi “Sözbaz” verilişinə danışıb. Sabina Nigarın “Avroviziya iştirakçılarından ən yadda qalan biz olmuşuq” fikrinə münasibət bildirib:
“Məncə, bu, Nigar Camalın fanataziyasıdır. Mənə görə, ən çox yadda qalan Alim Qasımovla mənim çıxışımız oldu. Bundan başqa, 2008-ci ildə Elnurla Samirin, Aysellə Araş... Təbii ki, onlar birinci olduqları üçün yadda qalıblar. Amma mahnı zəifdir. Deyəsən, mənə ehtiyac var. Çünki məndən və Fəriddən sonra normal 5-liyə, 10-luğa düşən olmayıb. Bəlkə də yenidən qatılacağam”.