WOW
WOW

“Yaxşı insanın cinsiyyəti olmur”

“Yaxşı insanın cinsiyyəti olmur”

Aktyor Taleh Yüzbəyov 8 Mart Beynəlxalq Qadınlar Günü  münasibətilə paylaşım edib.

OLAY yazır ki, bununla bağlı o, feysbukda status yerləşdirib:

“Siz güclüsünüz!”, “Siz zərifsiniz!”, “Siz uğurlusunuz!”, “Siz Terminatorsunuz!” deməyəcəm. Çünki bəziləriniz güclüsünüz, bəziləriniz yox, bəziləriniz zərifsiniz, bəziləriniz deməzdim, bəziləriniz uğurlusunuz, bəziləriniz uğursuz və heç biriniz terminator deyilsiniz. Heç kəs terminator deyil. Yalnız Terminator terminatordur. Biz isə insanıq. Öz zəif və güclü tərəflərimizlə. Öz sevinc və kədərimizlə. Öz şüur və şüursuzluğumuzla. Bu təbii və gözəldir. 

Əziz xanımlar! Sizə seçim hüququ arzulayıram. Özünüz seçəsiniz ana olmaq istəyirsiniz, ya uşaqsız qadın. İş xanımı olmaq istəyirsiniz, ya evdar xanım. İdmançı olmaq istəyirsiniz, ya dəymədüşər madmuazel. Əsas odur kapitalizm sizi yeni hədəf kütləsi seçib, daha çox məhsul satmaq üçün sizə zorla yeni rollar təlqin eləməsin. Böyük markalar o reklamları elə-belə çəkmir ki. Əsas odur mentalitet eqoları təmin etmək üçün sizi zorla nəyəsə məcbur etməsin. Siz nə qrant alanların aləti olasınız, nə almayanların dustağı. Azad olun. Və özünüz qərar verin.

Ən əsası isə sizə yaxşı insan olmağı arzulayıram. Çünki yaxşı insanın cinsiyyəti olmur. Bayramınız mübarək!”.