WOW
WOW

“Rus Dram Teatrında oynadığım üçün “cəzalandırıldım”

“Rus Dram Teatrında oynadığım üçün  “cəzalandırıldım”

“Yanlış fikirdir. Toparlanmaq çətindir. İnsan müəmmalı qalır, kimdir, nədə maraq doğurur. Aktyor uzun illər səhnədən kənar qalmamalıdır. 7 il səhnədən kənar qaldım”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Mehriban Zəki qonaq olduğu “Min maska” verilişində deyib. O, Rus Dram Teatrında rol aldığı son tamaşadan söz açıb:

“Son dəfə Rus Dram Teatrında “Kral ölür” əsəri əsasında “Mərasim” tamaşasında səhnəyə çıxdım. Ondan əvvəl isə 2016-cı ildə Ərşad Ələkbərovun quruluşunda “Müsyo İbrahim və Quran çiçəkləri”. Sonra uzun müddət səhnəyə çıxmadım. Rus Dram Teatrında tamaşa oynadığım üçün cəzalandırıldım. Absurd bir fikir idi.  Dırnaq içərisində desək... Təbii ki, üsyan etmədim. Bəlkə etməliydim, başqa cür münasibət göstərməli, mübarizə aparmalı idim. Sənət mənim üçün sevgidir, sevginin uğrunda mübarizə aparmazlar, dalaşmazlar. “Zaman keçər hər şey yoluna düşər” fikri ilə səbr etdim və gözlədim. Allahın ədalətinə inanan insanam.

Düşünürəm ki, bəlkə həmin ərəfədə belə lazım idi. Amma 7 il çoxdur. Bəlkə Allah məni qəzalardan, neqatif hadisələrdən qoruyub. Bu ərəfədə itirdiyim bir şey oldu: İnsan getdikcə peşəkarlaşır. Həmin illərdə səhnəyə çıxmadım, amma özümü pedaqoqluğa həsr etdim. 7 il sonra səhnəyə çıxanda gördüm ki, ayaqlarım əsir, həyəcanlanıram. İllərlə səhnəyə çıxmayan insanın həyəcan keçirməməsi mümkün  deyil. Eyni peşəkarlıqla oynasın”.