WOW
WOW

“Savadsız, cahilcəsinə...” - Qalmaqal alovlanır

“Savadsız, cahilcəsinə...” - Qalmaqal alovlanır

Müğənni Elnarə Xəlilova onu zövqsüz adlandıran həmkarı Səidə Sultana cavab verib.

OLAY yazır ki, bu barədə sənətçi “Sözbaz”a danışıb. Xəlilova bildirib ki, hərənin öz zövqü var: 

“Mənim heç kimlə heç bir problemim yoxdur. Nə geyimi, nə yaradıcılığı ilə bağlı. Hər kəsin öz şəxsi işidir. Hamının bir özəl həyatı var. Geyimindən tutmuş ifa etdiyi mahnılara qədər. Mənim nəyimə lazımdır? Anam deyil, bacım deyil. Mənə ümumiyyətlə maraqlı deyil. Amma mən həmişə maraqlı olmuşam. Gənc qızlarımız mənim geyimimdən nümunə götürmək istəyirlərsə, düz yoldadırlar, belə davam edin. Mənim yadıma gəlmir ki, kiməsə qarşı elə savadsız, cahilcəsinə ifadə işlədim ki, filankəsin zövqü yoxdur. O nə deməkdir? Çox məntiqsiz və savadsız bir cümlədir. Onun zövqü odur, sənin də zövqün budur. Əgər sənin zövqün onun zövqü ilə üst-üstə düşmürsə, bu o demək deyil ki, sənin zövqün var, onun isə yoxdur. Bu heç də belə deyil. Ondan da soruşsan, deyəcək, sənin geyimin xoşuma gəlmir”. 

Xatırladaq ki, Səidə Elnarə ilə aralarındakı problemin səbəbini açıqlayarkən bildirmişdi ki, buna səbəb 15 il əvvəl ona “zövqsüz” deməsi olub.