WOW
WOW

“Deyirmiş ki, onu niyə efirə buraxdın?”

“Deyirmiş ki, onu niyə efirə buraxdın?”

Xalq artisti Nisə Qasımova uzun illər onunla münaqişə yaşayan həmkarından danışıb.

OLAY yazır ki, bununla bağlı sənətçi stilist Anar Ağakişiyevin “Dəyişən cavab”  proqramında açıqlama verib. O, ad çəkmədən həmin şəxsin ona qarşı etdiklərindən bəhs edib:

“Ordan-burdan danışmışıq. Nə o, nə də mən məsələləri açıb-ağartmadıq. Sonuncu dəfə anamın yasında görmüşəm. Sağ olsun gəlmişdi. Mən onun gələcəyinə inanmırdım. Anam dünyasını dəyişməzdən 3 gün əvvəl fikirləşdim ki, kiminləsə münaqişəm var, kimsə yolumu bağlamış ola bilər. Ola bilsin ki, onlardan biri gəldi, dedi ki, keçib də, bağışlayarsan? Anam dedi ki, o adamı qarşıma qoyub deyərəm ki, Nisənin nə günahı var idi ki, onun lent yazılarını pozdurdun, konsertlərinə qadağa qoydurdun. Səndən kiçikdir, səni çox sevir. Düşünürdüm ki, nə vaxtsa onunla ana-bala, bacı kimi dost ola bilərdik. İnsan sənətkardırsa... Biz necə pofosla danışırıq ki, vətənim, Xalqım. Mən də vətəndə yaşayan xalqın kiçik nümayədəsiyəm, bunlar niyə olmalıdır? Əlimdə səlahiyyət olsa ki, vur, yıx, qoyma onu... Anamın yasına gəlməyi çox böyük addım idi. Məncə, burada bir sirr var, onu tapa bilmirəm. Fikrimcə, olub keçənlərin üstündən xətt çəkmək istəyirdi. Yəni o insana  qarşı müəyyən şeylər var idi, onu unutdum. Məni öldür, qına. Amma anama mənəvi əziyyət verəni, kim olursa olsun bağışlaya bilmirəm.

 Mənə də çox şey deyiblər. Bizim dövlət televiziyamızda musiqi departamentinin sədri var idi, vəfat edib. İllər keçdi, ona sual verirdim ki, kim, necə edirdi bunu? Hətta sədrlərdən biri özü dedi ki, mən artıq bezdim, deyirmiş ki, gərək filan mahnını oxumazdı, filan şeyi etməzdi, niyə onu efirə buraxdın? Mən bunun səbəbini tapmıram. Bütün illər ərzində çəkdiklərim məni çox sındırdı. Həvəsdən düşürdüm. Bir layihəm olurdu, onu həyata keçirə bilmirdim. Bilirdim ki, pozulacaq, alınmayacaq. Amma bilin ki, üzərimə qayalar boyda dərd axıtsaz da, sınan deyiləm, içəridə olan o cöhvər, mənimlə gedir. O əyilə, sına bilməz. Birlik, həmrəylik yalnız görüntüdə olmamalıdır”.