WOW
WOW

Anar “Azparking”dən şikayətçidir!

Anar “Azparking”dən şikayətçidir!

Daha bir məşhur “Azparking”dən şikayətlənib.

OLAY yazır ki, stilist Anar Ağakişiyev instaqram paylaşımında bildirib ki, xarici vətəndaş olduğu üçün sahibi olduğu salonun qarşısında parkinqə görə ayda 300 manat ödəyir. Anar deyib ki, bu xərclə yanaşı, vergi kimi başqa ödənişlər də etməlidir:

“Normalda yaşadığın yerin qarşısında parkinq ödənişsizdir. Bu bir yer üçün keçərlidir. Əgər başqa yerə qeydiyyata düşsəm, cəriməsi var, bunu üstümə götürmək istəmirəm. Bəs xarici vətəndaşlar nə etsin? Bütün xərcləri ödə, onda belə çıxır ki, obyekti bağlayım, burada çalışan 30-dan çox insan evinə çörək pulu aparmasın? Burada çalışan oğlan var, çörək pulu üçün gəlir. 

Mən bir-neçə saatlıq icazə ala bilərəm, amma 10 saat yox. Düşünməyin ki, biz də pulu ağacdan dəririk. Hər manatın öz yeri var. Həmin işçimə bu gün cərimə yazıblar. Xahiş edirəm ki, “Azparking”i necə düşünmüsünüzsə, xarici vətəndaşlar öz obyektlərində necə qeydiyyatdan keçsinlər, onu da fikirləşin. Xahiş edirəm, bunu nəzərə alın. Qaynar xəttə də düşmək olmur. Bildirirsiniz ki, sizinlə əlaqə saxlayacağıq. Necə olur ki, pulumuzu dərhal alırsınız, amma deyirsiniz, biz sizinlə əlaqə saxlayacağıq? Bir ildə reklamı divara asdırmaq üçün 1000 manatdan çox ödəniş edirəm. Şüşədən içəri görünməməlidir, üstünə çəkilən örtük naxışlıdır. Deyirlər, bunun üçün də ayrıca pul ödənilməlidir”.

Qeyd edək ki, ötən günlərdə aparıcı İlkin Həsəni də bayram günlərində parkinqin ödənişli olmasına etiraz etmişdi.