“Başqa insanların həyat tərzinə, geyiminə, şəxsi həyatına burnunuzu soxmaqdan nə zaman əl çəkəcəksiniz? Niyə öz uşaqlıq travmalarınız və komplekslərinizlə məşğul olub özünüzü sağaltmaq istəmirsiniz?”.
OLAY yazır ki, bu sözləri feysbukda müğənni Nura Suri paylaşıb. O, insanların geyim tərzini müzakirə edənlərə irad bildirib:
“Niyə roldan rola girməkdən bezmirsiniz? Daxilən başqa, adam içində başqasınız... Niyə qeyrət və namus adı altında insanlara şər-böhtan atmaqdan çəkinmirsiz? Qeyrəti, namusu olan başqasının əxlaqını, həyatını müzakirə etməz.
Niyə hər mövzuda müğənnilərə söz deməkdən utanmırsınız? Sizdən varlı, yüksək vəzifəli görəndə niyə yaltaqlıq edirsiniz? Özünüzü niyə aldadırsınız? Niyə düşünürsüz ki, etdiyiniz pislikləri heç kəs bilmir, görmür? Niyə insanlara xoş söz deməyə diliniz gəlmir? Niyə paxıllığı içinizdə bəsləyib böyüdürsünüz?Niyə uğurunuzu uğurlu insanların ətrafında olmaqda görürsünüz? Elə indi bu sualların cavabını düşünüb özünüzü dəyişin”.