WOW
WOW

Nigar Aygün Bəylərin son arzusunu açıqladı

Nigar Aygün Bəylərin son arzusunu açıqladı

Avroviziya qalibimiz Nigar Camal mərhum Əməkdar artist Aygün Bəylərin son arzusunu açıqlayıb.

Bu barədə sənətçi OLAY-a danışıb. Nigar bildirib ki, həmkarı ilə axırıncı dəfə dekabrın 30-u söhbət edib:

“Bizim üçün çox çətindir. Böyük itkidir. Aygün xanımla son dəfə dekabrın 30-u danışmışdıq. Konsertindən sonra Türkiyəyə yola düşürdü. Ən böyük arzusu yenə də Şuşa şəhərinə getmək idi. Danışdıq. Dedi ki, inşallah yaxşı olsam, yenidən Şuşaya gedəcəyik. Çox təəssüf ki, belə oldu. Allah rəhmət etsin. Danışmaq çox çətindir”.