“Mən sonuncu dəfə Qarabağdan 14 yaşımda çıxmışam”.
OLAY yazır ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov İTV-yə açıqlamasında deyib. Xankəndiyə yola düşən aktyor sevincinin həddi-hüdudu olmadığını bildirib:
“Sözlərim bu hislərin qarşısında acizdir. Bu hissləri sözlə çatdırmaq mümkün deyil. Ümumiyyətlə Qarabağla bağlı nə varsa hamısı böyük əhəmiyyət kəsb edir. Bizim üçün həyati mənası var”.