İnfluenser Asya Aslanovanın vəziyyəti yaxşılığa doğru gedir.
OLAY yazır ki, bu barədə onun dostu, bloger Banu Allahverdi (Banuall) məlumat yayıb. O bildirib ki, sağlamlıq durumunun ağırlaşması ilə bağlı yayılanlar doğru deyil:
“Bəzi xəbərləri göndərirlər ki, vəziyyəti ağırdır. Lakin yaxşılığa doğru gedir. Dünən bizi qorxutdu. İndi yanına getmək istəyirdim. Heç kimi buraxmırlar. Sabah inşallah reanimasiyadan çıxacağına inanıram! Heç kim bilmədən nəsə paylaşmasa, çox gözəl olardı. Artıq panikaya nə ehtiyac var? Yetəri qədər gərgin günlər keçiririk”.