WOW
WOW

Xoşqədəmin itini oğurlayıb satıblarmış

Xoşqədəmin itini oğurlayıb satıblarmış

Aparıcı Xoşqədəm Hidayətqızının itən ev heyvanları ilə bağlı yeni fakt üzə çıxıb.

OLAY yazır ki, bu barədə Əməkdar jurnalist “Səni axtarıram” verilişində özü danışıb. O bildirib ki, bir neçə gün əvvəl itən itlərindən biri Tokio əslində oğurlanıbmış:

“Tokio bir nəfərin əlinə keçib. Onu 50 manata satıblar. Həmin alan adam oğlum Arının göz yaşlarını görüb pulu da götürmədi. Arın demişdi ki, oyuncaqlarımı da verərəm. Amma o şəxs nə itə görə verdiyi pulu, nə bizim mükafatı, nə də Arının oyuncaqlarını götürdü. Dedi ki, bir uşaq sevinəcək, biz də sevinəcəyik, məndən hədiyyə olsun. Tokionu oğulayıb satan yaşlı kişiyə də deyirəm ki, səni tapacam. Mənim itimi sən satmısan. Səni tapacam!”.