WOW
WOW

Şəbnəm Tapdıq Tovuzlunu məhkəməyə verdi!

Şəbnəm Tapdıq Tovuzlunu məhkəməyə verdi!

Əməkdar artist Şəbnəm Tapdıq müğənni Şəbnəm Tovuzlunu məhkəməyə verib.

OLAY yazır ki, bu barədə Tovuzlu “Tarixin bir günü” verilişində danışıb. İfaçı deyib ki, evinə məhkəmədən kağız göndərilib:

“Məktub gəlib, evdə qoydum, gətirmədim. Şəklini çəkib atacam. Buradan Şəbnəm xanıma səslənirəm. 6 il əvvəl öz binasının qarşısında mənə kağızlar gətirdi. Dedi ki, adım rəsmiləşib. Söylədim ki, siz məndən çox böyüksüz, sizi çox istəyirəm. Anam dünyasını dəyişmədən bunu qoyub. Sıravi insanalarla işi yoxdur, səhnədə istəmir. Mənə çox reaksiya verir, zənglər gəlir, aqressiv danışır. Deidm ki, sizin dünyasını dəyişmiş bir anaya hörmətiniz varmı? Siz populyar olan zaman sizi sevib, pərəstiş ediblər, o adı mənə qoyublar. Dəfələrlə sizə bildirmişəm, mülayim davranıram. Məndən nə istəyirsiniz? Deyir ki, səhnədə adını “Şəbnur”, “Şəbtac” qoy. Bu nə deməkdir? Siz böyüksüz, hörmət edirəm. Anamın yadigarıdır, adımı niyə dəyişim? Qanunla proseslərdə iştirak edəcəm, vəkilim də var, amma adımı dəyişdirməyəcəm. Bu çox ucuz bir şeydir. Onunla bağlı heç vaxt aqressiv danışmamışdım. Birinci dəfədir. Bir çox aparıcıya zəng edir ki, niyə onu Şəbnəm deyə təqdim etdiz”.

Bundan əlavə proqramda qeyd olunub ki, Ş. Tapdıq ifaçı Şəbnəm Qəhrəmanovanı da məhkəməyə verib.