Xalq artisti Röya Ayxan “14/41” albomuna daxil olan “Şükür edirəm” adlı mahnısını videorolik şəklində təqdim edib.
OLAY yazır ki, sənətçi sözü və musiqisi Murad Arifə məxsus ifasına çəkdirdiyi layihənu yutub kanalında yayımlayıb.
Klip Orçun Mutlu direktorluğu ilə lentə alınıb. Rejissor bildirib ki, layihədə bir ulduzun həyatını göstərmək istəyib:
“İnsanlar ümumiyyətlə Röya özünü kliplərdə və instaqramda necə göstərmək istəyirsə, elə görürlər. Makiyaj edilir, saç düzümü hazırlanır, filtrlardan istifadə olunur. Nəticədə bir ulduz olaraq üzə çıxır. “Şükür edirəm” klipində isə onun həyatına dair hər şeyə görə şükür etdiyini göstərdik. Xəstəliyi də var, yatmazdan əvvəl makiyajını silib, təbii halı ilə yemək yediyi anlar da var, ulduz kimi səhnəyə çıxmağı da. Həyatından filtırsız bir hissədir”.
Bəstənin musiqi leyblı “Beat Music”, layihənin prodüseri Kənan Bayramov, mahnının aranjımanı Fərid İmana məxsusdur.