WOW
WOW

Əqrəb zəhərindən istifadə edir

Əqrəb zəhərindən istifadə edir

Mədəaltı vəzi xərçəngindən müalicə alan məşhur oriyental rəqqasə Tanyeli müalicə üçün Kubaya yollanıb.

OLAY yazır ki, 10 gündən sonra Türkiyəyə qayıdan Tanyeli yaşadıqlarını izləyiciləri ilə bölüşüb: "Düzdür, boğulurdum, ağrını ifadə etməyə söz yoxdur... Mən də əqrəb zəhərindən istifadə etməyə başladım. Kim deyə bilər ki, nifrət etdiyimiz, qorxduğumuz o əqrəbin içindəki zəhər bizim üçün dərman olacaq? Uca Allah məni dünyanın hər yerində, sarsıdaraq hər anı dərk etməyə vadar edir. Onu anlaya bildim...”